Bu məhsullar mədəyə ziyandır

bu-mehsullar-medeye-ziyandir
Oxunma sayı: 5967

Mədə insanın ən vacib orqanlarından biridir. Bir çox xəstəliklər məhz həzm sistemində yaranan pozuntulardan başlayır. 

“Qafqazinfo” xəbər verir ki, mədə üçün faydalı və ziyanlı olan qida məhsullarını tanımaqla və qidalanma rejiminə bu siyahıya uyğun əməl etməklə daha sağlam qala bilərsiniz.

Mədə üçün ən faydalı qida

Mədə üçün ən faydalı məhsullardan biri kartofdur.

Adi kartof mədə üçün çoxlu faydalı maddələrin daşıyıcısıdır. Qidanın tərkib hissələrini parçalayıb rahat həzm olunmasına kömək edən fermentlər və selikli qişanı aqressiv təsirlərdən qoruyan nişasta kartofun tərkibində yer alır. Lazım olan vitamin və minerallar da kartofun tərkibində kifayət qədərdir. Unutmayın ki, çiy kartofun şirəsi ilə mədə və onikibarmaq bağırsağın yarası və qastriti xəstəliklərini uğurla sağaltmaq olur.

Mədə üçün zərərli məhsullar

Siyahının başında qazlaşdırılmış şirin içkilər gəlir. Daha sonra çipslər, istənilən növ - şaurmadan tutmuş kartof “fri”sinə qədər bütün fast-fud məhsulları, kolbasa məmulatları, xüsusən də hisə verilmiş kolbasa yer alır.

Həmçinin konservlərin əksəriyyəti, mayonez, ketçup, hazır souslar da mədənin düşmənləridir və üstəlik, kanserogen (xərçəng xəstəliyi yaradan) maddələrlə zəngindir.

Paketlərdə satılan suplar modifikasiya edilmiş nişasta, zənginləşdirilmiş pendir, duz, marqarin və ondan hazırlanmış məhsullar, uzunmüddətli saxlanma üçün hazırlanan dondurmalar, şokolad çubuqları, çeynənən konfetlərdən də uzaq durmağınız məsləhətdir.