Bu məhsulların idxalına məhdudiyyət qoyuldu

Bu məhsulların idxalına məhdudiyyət qoyuldu
Oxunma sayı: 1644

Hindistanın Cammu-Kəşmir və Haryana ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Hindistanın Cammu-Kəşmir və Haryana ştatlarından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.