Cari ilin iyun ayında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1,3 faiz ucuzlaşıb. Bu məhsulların qiyməti yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz bahalaşıb.
“Qafqazinfo”nun məlumatına görə, Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, iyunda qeyri-ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 0,3 faiz, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 15,4 faiz bahalaşıb.
Son xəbərlər
Son Xəbərlər