Bu məktəb təmir olunacaq

bu-mekteb-temir-olunacaq
Oxunma sayı: 1985

Təhsil Nazirliyi qəzalı vəziyyətdə olan Neftçala rayon Xıllı qəsəbəsinin 1 saylı tam orta məktəbi ilə bağlı şikəyətlərə cavab verib.

Nazirliyin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yaxın vaxtlarda məktəbin təmiri işlərinə başlanılacaq:

"Əsas qəzalı vəziyyətdə olan məktəbin dam örtüyü idi və artıq dəyişdirilib. Məktəbə baxış keçirilib və yaxın vaxtlarda təmirinə başlanılacaq".

Günel Hacı