Bu məktəbdə 39 mindən çox dövlət vəsaiti mənimsənilib

bu-mektebde-39-minden-cox-dovlet-vesaiti-menimsenilib
Oxunma sayı: 2170

Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbdə aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Şirvan Şəhər Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı həmin məktəbdə guya əvəzçilik qaydasında dərslərin icra edilməsi, dərsdənkənar məşğələlərin keçirilməsi, müxtəlif dərnəklərin təşkil olunması və digər qanunsuz yollarla 39 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.