Saatlı rayonunda ibtidai sinif müəlliməsi şagirdlərə qeyri-adi üsullarla dərs öyrədir.
“Qafqazinfo” “xezerxeber.az”a istinadən xəbər verir ki, Gülnar Muxtarova şagirdlərin tapşırıqları daha yaxşı mənimsəməsi üçün açıq havada çəmənlikdə dərs keçir. Şagirdlər ağacların altında, çəmənlərin üzərində oturub dərs öyrənirlər. Basqa dərslərdə isə xüsusi formalarını geyinib mövzuya uyğun həyətdə əyani dərs öyrənirlər. Qeyri-adi dərs üsulu şagirdlərin xoşuna gəlir.
Onu bu formada dərs keçməsi şagirdlərlə yanaşı valideynlər və məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Bundan əlavə direktor Zakir Tağıyev bildirir ki, müəllimə valideynlərlə də sıx münasibətdə olur şagirdlərin vəziyyəti barədə məlumat verir.
Son xəbərlər
Son Xəbərlər