Bu məktəblərdə əyani dərslər bərpa olundu

bu-mekteblerde-eyani-dersler-berpa-olundu
Oxunma sayı: 1366

Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

"Qafqazinfo" Bakı Şəhər Təhsil İdarəsinə (BŞTİ) istinadən xəbər verir ki, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.