Xəbər verdiyimiz kimi, “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, şoudan sonra finala vəsiqə qazanan 10 ölkənin – Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta - təmsilçiləri təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.
Qalibiyyətinə inanan təmsilçimiz Çingiz Mustafayev bunları deyib: “İçimdə bir güvənc hissi, inam var və bu, mənə çox böyük motivasiya verir”.
Qeyd edək ki, Ç. Mustafayev mayın 18-də keçiriləcək böyük finalın ikinci hissəsində ölkəmizi "Truth" mahnısı ilə təmsil edəcək.
Son xəbərlər
Son Xəbərlər