“Bu, mənə genetik olaraq ötürülüb” - - Elman Rüstəmovun qızı

bu-mene-genetik-olaraq-oturulub-
Oxunma sayı: 3791


“Mənim anam çoxlu rəsmlər çəkir və bu istedadını mənə də ötürüb. Nənəm kitabxanaçı olsa da, hobbisi xalça toxumaqdır. O, gündə 8-9 saatını toxumağa sərf edə bilər, baxmayaraq ki, kürək ağrıları var. Mən sənət üçün əzab çəkə biləcək qadınlarla böyümüşəm. Düşünürəm ki, bu mənim DNK-dadır, genetic olaraq ötürülüb”.

Bakıda ən sevdiyi məkana gəlincə, qədim şəhərdə yerləşən şair Əliağa Vahidin heykəlini deyir: “Mən dəli kimi onun ətrafında saatlarla fırlanırdım”. 

G.Rüstəmovanın fikrincə, Bakı alternativ dəb şəhəri ola bilər: “Bunun üçün potensial var. Mən Azərbaycan İncəsənət Akademiyasında mühazirə deyəndə texniki və yaradıcı cəhətdən çoxlu istedadlı dizaynerlər gördüm və arzu edirəm ki, bu sənaye orada da inkişaf etsin”.