“Bu, məni dərindən kədərləndirdi” - Aİ rəsmisi

bu-meni-derinden-kederlendirdi
Oxunma sayı: 1651

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.

“Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insan tələfatı məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, - Peter Mixalko bildirib.