“Bu, məni razı salmadı” - Vəli Qasımov

bu-meni-razi-salmadi-
Oxunma sayı: 1218

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi” öz meydanında Makedoniyanın "Şkendiya” komandasını qəbul edib. Qarılaşma 0-0 hesablı bərabərliklə başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib:

- Oyun haqqında fikirləriniz?
- Rəqibin çox böyük təcrübəsi var. Məni bir şey sevindirdi ki, komandam bu gün yaxşı oynadı. Mərhələ keçmək çətin olacaq, amma "Şkendiya"nı keçsək qrup mərhələsinə vəsiqə qazana bilərik.

- Bu gün hücumçu azlığından əziyyət çəkdiyinizi hiss etdiniz?
- Bəli, hiss elədik. Bəzi futbolçular ikinci hissədə yoruldu. Bəzi oyunçuların ustalıq səviyyəsi çatışmır. Futbolçular daha çox fərdi oyuna fikir verirlər ki, bu, məni razı salmadı.

- Daha çox müdafiədən hücum qururdunuz. Bu, sizin öz tapşırığınız idi, yoxsa rəqib "Neftçi”ni buna məcbur etdi?
- Əlbəttə, mənim tapşırığım idi. Futbolçulara tapşırıqları mən verirəm. Bəzi epizodlarda alındı, bəzi epizodlarda alınmadı. Gələcəyə baxmalıyıq.