“Bu, mənim verdiyim vəd yox, millətimin haqqıdır” - Video

bu-menim-verdiyim-ved-yox-milletimin-haqqidir
Oxunma sayı: 1533

30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Samirə Rəfullayeva seçicilərinə müraciət ünvanlayıb. 

“Qafqazinfo” həmin müraciəti təqdim edir: 

“Mən Rəfullayeva Samirə, mən də sizlərdənəm, sadə amma güclü xalqın bir fərdi. Nə zəngin ailəm var, nə də ki, zəngin evim. Amma hər zaman qürur duyduğum bir şey var. Mən bu xalqın bir parçasıyam. Xalqdan biri olmaq üçün gərək onun yaşadığ;nı sən də yaşayasan. Mən də sizlər kimi çətinliklə oxudum, işlədim. Bəzən soyuq evdə oturdum, rahat bir həyatın xəyalını qurdum. Özümə bir söz verdim. Nə olursa olsun bu xalq yaxşı yaşayacaq. Uşaqlar rahat yollarla məktəbə gedəcək, insanlar palçıqsız, hamar yollarda addım atacaq. Hər bir ailənin evində işığı yanacaq, isti sobası olacaq. Bu mənim sizlərə verdiyim vəd deyil. Bu mənim millətimin haqqıdır. Hər zaman sizinlə oldum, bacardığım qədər sizə yardım etməyə çalışdım. İndi isə xəyalını qurduğum bir amalı gerçək etmək üçün bir şansım var. Və mənə yalnız sizlər - xalqım kömək edə bilər. 30 saylı Suraxanı birinci seçki dairəsində mənə səs verməklə məni millətin vəkili edə bilərsiniz. Birlikdə bir yumruq kimi öz gələcəyimizi işıqlı edə bilərik.

Günü-gündən inkişaf edən Azərbaycanımızda Könüllülük fəaliyyətinin də inkişaf etdirilməsi, gənclərin bu işə cəlb olunması olduqca təqdirəlayiqdir. 

2020-ci ilin "Könüllülər ili" elan olunması da məhz, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı mükəmməl dövlət siyasətindən irəli gəlir. Azərbaycanın Birinci vitse-prezindenti Mehriban xanım Əliyevanın da könüllülük fəaliyyətində rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində  mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edilir. 

Mən könüllü olmağımla böyük qürur hissi duyuram, bu hiss mənə stimul verir, bu stimulla daha böyük işlər görəcəyimə, millətimə daha artıq qulluq edəcəyimə maksimum çalışacağam.

Azərbaycan Respublikası Milli Məclisə növbədənkənar seçkilərə namizədliyimi irəli sürdüyüm 30 saylı Suraxanı birinci seçki dairəsinin ərazisinə Hövsan qəsəbəsi, Hövsan kəndi, Hövsan bağları, Dədə Qorqud qəsəbəsi, Yeni Bahar qəsəbəsi, Zığ və Yeni Günəşli qəsəbələrinin bir hissələri daxildir. Bu ərazidə yaşayan əhalinin bir qismi məni tanıyır, sosial və ictimai fəaliyyətimə şəxsən bələddirlər, tanımayanlarla da şəxsən görüşməyə, sizi dinləməyə gəlirəm. Dərdinizi dinləyib, səsinizi çatdırmağa gəlirəm. SƏS verin ki, SƏSinizi çatdıraq!”