42-saylı Sumqayıt 2-ci seçki dairəsində məntəqələrdə qanun pozuntularına cəhd edilməsi ilə bağlı iddialar var.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə deputatlığa namizəd Tahir Mirkişilinin feysbuk hesabında video paylaşılıb.
Videodan görünür ki, T.Mirkişilinin rəqibi olan və müxalifət nümayəndəsi kimi təqdim etdiyi şəxsin müşahidəçisi səsvermə kabinləri tərəfdə dayanaraq çəkiliş edir. Bu zaman T.Mirkişilinin məşvərətçisi buna etiraz edərək onun belə səlahiyyətinin olmadığını və həmin şəxsin gəlib digər müşahidəçilərlə bir yerdə, onlar üçün ayrılmış xüsusi yerdən çəkiliş etməsini tələb edir.
Həmin videonu təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər