Bu məntəqələr ləğv edildi, 3 şikayət təmin edilmədi - Yenilənib

bu-menteqeler-legv-edildi-3-sikayet-temin-edilmedi
Oxunma sayı: 3142

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Qeydə alınmış namizəd Abdullazadə Gülməmməd müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. MSK-nın araşdırmasının yekununda qərar verilib ki, 34 saylı məntəqədə seçkilərin nəticələri etibarsız hesab edilsin.

***

MSK üzvü həmçinin 76 saylı seçki dairəsindən qeydə alınmış namizəd Xalid Bağırovun da şikayəti barədə məlumat verib. Namizədin şikayəti təmin edilməyib.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 61 saylı Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış Kamran Əsədovun da şikayəti təmin edilməyib.

***

Həmçinin iclasda 22 saylı seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Turqut Qəmbərin də şikayəti təmin edilməyib.

***

40 saylı seçki dairəsindən daxil olmuş şikayətlər əsasında 4 və 6 saylı məntəqələrdə də seçkilərin nəticələri etibarsız hesab edilib.

***

İclasda 31 saylı  Suraxanı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. Qeydə alınmış namizəd Mehman Hüseynov müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 13 və 26 saylı məntəqələrdə seçkilərin nəticəsi etibarsız hesab edilməlidir. 

Günel Türksoy