Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, "Neftçi" doğma meydanda "Rəvan"la 1:1 bərabərə qalıb.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Əsgər Abdullayev heç-heçəni belə şərh edib:
- Oyundan da, nəticədən də narazıyam. Nə qədər ki komandaları reytinqlərə böləcəyik, nəticə də olmayacaq. Oyuna səthi yanaşmaq olmaz. Komandaları reytinqlərə bölmək düzgün deyil.
- Legionerlərin oyunu sizi qane etdimi?
- Komanda bütövlükdə zəif oynadı. Mən istədiyim oyunu göstərə bilmədi. Yerli və legionerlər arasında bölgü aparmaq istəmirəm. Rəqibə yuxarıdan aşağı baxmaq lazım deyil. İkinci hissədə toparlanmağa çalışsaq da, artıq gec idi. Məşqçi oyunu təhlil edir, futbolçularla danışır. Görünür ki, futbolçular tam olaraq, məsuliyyət dərk etmirlər.
- Hakim idarəçiliyindən razı qaldız?
- Mən hakimlik barədə heç vaxt danışmıram. Aidiyyat qurumlar var, onlar məşğul olarlar. Amma bu məsələ bizim yaralı yerimizdi.
- Samir Məsimova Sloveniyanın "Domjale" klubundan təklif gəlmişdi. Bu gün Samirin adı oyunun iştirak ərizəsinə salınmamışdı. Bu, onun komandadan ayrılacağından xəbər verir?
- Xeyr, Samir hələ ki, komandadan getməyib. Onun "18"-liyə salınmamasına səbəb, hazır olmamasıdı.
Son xəbərlər
Son Xəbərlər