Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov sabiq millət vəkili Gülər Əhmədovanın azad olunmasına münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, YAP rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, istənilən insanı bağışlamaq olar:
Bəraət tələbinə gəlincə isə Ə. Əhmədov vurğulayıb ki, istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var: “Vəkillərə də bu şamil oluna bilər məhkəmənin hansısa hökmünə tuş gəlmiş insanlar da bu hüquqlarından istifadə edə bilər. Haqlı olduğunu sübut edə biləcəksə müvafiq qərar qəbul olunacaq. Qeyd etdiyim kimi törədilən əmələ hüquqi qiymət verilib, hazırda insani aksiya həyata keçirilir”.
Gülər Əhmədovanın yenidən hansısa vəzifəyə gətirilməsi və ya YAP-a qayıtması ehtimalı ilə bağlı sualı isə Əhmədov belə cavablandırıb: “Gəlin hadisələri qabaqlamayaq. Indi düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan ibarətdir. YAP üzvlüyündən kiminsə çıxarılması və ya yenidən üzvlüyün bərpa olunması hüquqi məsələdən daha çox mənəvi, əxlaq məsələsidir. Hesab edirəm ki, biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Hüquqi baxımdan qiymət verilib, YAP isə öz nizamnamə tələblərinə uyğun şəkildə lazım gələcəyi anda istənilən şəxs haqqında qərarlarını qəbul edir. Bir daha qeyd edim ki, hesab etmirəm bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasına üzvü olmaqdan ibarətdir. Bu məsələ nə onu düşündürür, nə də bizi”.
Günel
Son xəbərlər
Son Xəbərlər