ABŞ Prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Los-Ancelesə yola düşərkən hava limanında jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, türkiyəli həmkarı ilə İdlib məsələsini müzakirə edib. Ərdoğanı “güclü və sərt lider” adlandıran Tramp onunla çox yaxşı münasibəti olduğunu bildirib: “Ərdoğanla İdlib məsələsində birlikdə işləyirik”.
Xatırladaq ki, həftə sonu Ağ Evdən verilən açıqlamada Trampın Türkiyənin insan fəlakətinin qarşısını almaq üçün göstərdiyi səylərə görə Ərdoğana təşəkkür etdiyi bildirilirdi.
Son xəbərlər
Son Xəbərlər