“Bu məsələdə qərarlıyıq!” - Ərdoğan CNN-ə danışdı

bu-meselede-qerarliyiq-
Oxunma sayı: 1569

ABŞ-da rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi müsahibələrin birində Suriya mövzusuna toxunub.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, “CNN İnternational”ın jurnalisti Kristian Amanpurun suallarını cavablandıran Ərdoğan Suriyanın parçalanmasına dözümləri olmadığını bildirib. O, “ Suriyanın şimalını bir terror təşkilatına vermək kimi bir aksiyaya qoşulmağımız yolverilməzdir. Biz belə səhvi əsla bağışlamırıq və bu məsələdə qərarlıyıq. Suriya xalqı öz gələcəyini öz iradəsi ilə müəyyən etməlidir və biz demokratiyaya inanmış ölkələr olaraq o zəmini hazırlamalıyıq”, - deyib.

Aysel Kərimova