“Bu məsələlər qardaşlıq münasibətindən uzaqdır”

bu-meseleler-qardasliq-munasibetinden-uzaqdir
Oxunma sayı: 1888

“Rusiya ilə Ukrayna arasında sadəcə ortaq dövlət sərhədi qalıb”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın yeni prezidenti Vladimir Zelenski feysbuk hesabında rusiyalı həmkarı Vladimir Putinin hər iki xalqın çoxlu ortaqlığının olduğu ilə bağlı açıqlamasına cavabında bildirib.

“Ukrayna Krımdan məhrum olunub və Donbassın təcavüzü ilə qarşılaşıb. Rusiya Ukrayna ərazisinə daxil sərhədlərin hər millimetrinə nəzarəti geri qaytarmalıdır. Ukraynaya neft məhsullarının ixracına qadağa qoyulması, Donbass sakinləri üçün pasportun verilməsi yolunda addımlar, Kerç boğazında ukraynalı dənizçilərin saxlanılması, bir sözlə, bütün bu məsələlər qardaşlıq münasibətindən uzaqdır”, - deyə Zelenski əlavə edib.