Bu metrostansiyanın giriş-çıxışı bağlanır

bu-metrostansiyanin-giris-cixisi-baglanir
Oxunma sayı: 2408


“Qafqazinfo”nun məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev oxu.az-a bildirib ki, “Gənclik” stansiyasının İdman Akademiyası istiqamətində olan vestibülün giriş-çıxışı 20-22 may tarixinə kimi müvəqqəti olaraq bağlanır.

Nəsimi Paşayevin sözlərinə görə, bağlanacaq giriş-çıxış sadəcə yeni tikilən ticarət mərkəzi tərəfdən olacaq. Digər 3 giriş-çıxış isə açıq olacaq.

Təmir işlərinin 22 may səhər saat 6.00-ya qədər tamamlanması planlaşdırılır.