Bu meyvələr nəyə faydalıdır?

bu-meyveler-neye-faydalidir
Oxunma sayı: 4021

Hər bir fəsildə meyvələrin insan orqanizmi üçün faydaları mühüm və fərqlidir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən meyvələrin insan sağlamlığındakı rolunu təqdim edir:

Qarpız - qarpız, yay boyunca istehlak edə biləcəyiniz ən ləzzətli və yüngül meyvələrdən biridir. Bir qabı təxminən 50 kalori olan qarpızın qida dəyəri yüksək, kalori dəyəri isə aşağıdır. A və C vitaminləri və sitrülin aminoasidin baxımından olduqca zəngin olan qarpız, bədənin arjin çıxarılmasına da köməkçi olur. Qan təzyiqində, ürək xəstəlikləri riskinin azaldılmasına və bədənin yeni toxuma törəməsində böyük rol oynayır. Tərkibindəki likopen sayəsində dərini zərərli UV şüalarından da qoruyur.

Avokado - avokado dəriyə qulluq üçün olduqca faydalı bir meyvədir. Tərkibindəki doymamış yağla, xolesterola və infarkt riskinin azalmasına kömək edir. Avokadoda olan E vitamini, xərçəng və ürək xəstəlikləri ilə mübarizə aparır, qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayır. Avokado ayrıca üz və saç maskası kimi də olduqca təsirlidir.

Çiyələk - ən ləzzətli meyvələrdən biri olan çiyələk, C vitamini, manqan və liflər baxımından olduqca zəngindir . C vitamini baxımından zəngin olan çiyələk, toxumaların təmir edilməsində və immuniteti gücləndirilməsində ən yararlı vasitədir. Son dövrlərdə aparılan araşdırmalarda, çiyələyin göz sağlamlığı və qırışların azalması üzərindəki müsbət təsirləri də qeyd olunur.

Üzüm - bu meyvə, sanki bir vitamin və mineral anbarıdır. Ürək sağlamlığına, dəriyə olan faydaları ilə bərabər tərkibindəki antioksidan sayəsində, hüceyrə pozulmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır. Ayrıca xolesterolun salınmasında, qan damarları ürək sağlamlığında da olduqca təsirlidir. Gündə bir ovuc üzüm yemək, qırışların azalmasına kömək edir.

Şaftalı - A , B və C vitaminləri baxımından olduqca zəngin olan şaftalı, bol miqdarda kalium, maqnezium, kalsium, natrium, dəmir və fosfor ehtiva edir. Həzm sistemi üzərində olduqca təsirlidir. Sidik yollarındakı qum və daşı tökür, tərkibindəki  lutein ilə göz sağlamlığını qoruyur. 

Albalı - bu, yaz meyvələri arasında ən aşağı kalorili və sağlam meyvədir. Bir kasası təxminən 90 kalori olan albalı, liflər, zülallar, A və C vitaminləri baxımından olduqca zəngindir. Tərkibindəki melatonin hormonu ilə, yuxu problemlərini nizamlayır.