Bu gündən istifadəyə verilən “ASAN xidmət” mobil tətbiqi vətəndaşların işini daha da asanlaşdırmağa hesablanıb.
“Qafqazinfo”nun xəbərinə görə, bu tətbiqi “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyən vətəndaş özünə şəxsi kabinet yaradır, yararlanmaq istədiyi xidmətə uyğun olaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən birini seçir, zəruri sənədlərlə tanış olur və növbə götürür.
Bu zaman vətəndaşa öncə müvafiq xidmət üzrə növbənin ən az olduğu mərkəzlər təqdim edilir. Son qərar isə vətəndaşındır. Ya növbənin daha az olduğu mərkəzi seçir, ya da ona ən yaxın olan mərkəzi. Beləliklə, vətəndaş “ASAN xidmət”in imkanlarından sistemin təqdim etdiyi vaxtda, növbəsiz, vaxt itkisi olmadan yararlana bilir.
Son xəbərlər
Son Xəbərlər