“Qafqazinfo” 1937.az-a istinadən xəbər verir ki, bu yaxınlarda model Cina Rosero qorxulu sirrin üstünü açıb. On illik model fəalliyətindən sonra şayiələrdən bezən xanım model hər şeyi açıqlamaq qərarına gəlib.
Filippində anadan olan model 15 yaşında ölkəsində transseksuallar üçün keçirilən gözəllik yarışmasında ikinci yeri tutub. Daha bir neçə yarışda iştirak edib, topladığı pulların hesabına hormonal terapiyaya başlayıb. 17 yaşında o cinsiyyətini dəyişmək üçün Amerikaya gəlib, bir neçə çətin əməliyyat keçirib və Cina Roseroya çevrilib.
21 yaşında Cina artıq Birləşmiş Ştatların ən məşhur və tələb olunan modellərindən biri olub. Maraqlıdır ki, Cinanın reklamı ilə məşğul olan agent də onun “kişi keçmişi” haqda heç nə bilməyib. Doğrudan da fotolara baxanda Cİna Roseronun əvvəllər kişi olduğunu demək çox çətindir.






Son xəbərlər
Son Xəbərlər