“Bu mübahisə qəsdən edilmiş gərginlik idi”

bu-mubahise-qesden-edilmis-gerginlik-idi
Oxunma sayı: 7549

“ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mübahisə, yəqin ki, təsadüf deyildi, bu, əvvəlcədən planlaşdırıla bilərdi”.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, bunu Almaniyanın Xristian Demokratik İttifaq (XDİ) Partiyasının lideri Fridrix Merts bildirib.

“Fikrimcə, bu, Zelenskinin bəyanatlarına kortəbii reaksiya yox, açıq-aşkar düşünülmüş eskalasiya idi”, - o deyib.

Onun sözlərinə görə, o, dialoqun tonundan təəccüblənir və bu, işin xeyrinə kömək etmir.

Merts qeyd edib ki, Tramp və Zelenski arasında belə bir mübahisə Amerika hökumətinin hazırkı davranışına uyğun idi.