"Qafqazinfo" xəbər verir ki, İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, müəllimlərə 8 vakant yer təklif edilb . Əgər bir yer üzrə bir neçə müəllim sənəd verərsə, müsahibə təşkil ediləcək və müəllimlər arasında qiymətləndirmə aparılacaq.
Daha sonra məlumat verilib ki, notrifikasiya (xarici diplomların tanınması və ekvivalentliliyin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dək dayandırılır. Bu müddət ərzində ancaq həqiqi hərbi xidmətdə olan Dövlət xətti və dövlət proqramı çərçivəsində təhsil alan, TQDK, habelə dövlət qulluğuna sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunacaq.
Tədbirdə həmçinin xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinifə qəbulu məsələsinə də toxunulub.
Qaydalara əsasən, 1-ci sinifə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr 31 dekabr tarixlərində tamam olan şagirdlərə şamil olunur. Qaydalara görə, valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək aidiyyatı üzrə rayon təhsil şöbələrində, Nazirliyin tabeliyində yaradılan ümumi təhsil müəssisələrində yaradılan komissiyalarda qeydiyyata alınacaq.
***
Daha sonra Cəsarət Valehov Təhsil naziri Mikayıl Cabbarovun müəllimlərin andiçməsi ilə bağlı verdiyi əmrə toxunaraq qeyd edib ki, yeni qayda təhsil sahəsində sağlam mühitin formalaşmasına, korrupsiyanın minimal həddə çatmasına şərait yaradacaq. Bir sıra ölkələrdə bu təcrübə var:
"Azərbaycan bayrağı fonunda, konstitusiya önündə and içmək müəllimlərin həm şəxsi, həm də peşə həyatlarında ciddi hadisə kimi qalacaq. Bunun həmçinin emosional tərəfi də var".