“Bu, müəllimlərin xeyrinədir”

bu-muellimlerin-xeyrinedir
Oxunma sayı: 2008


E. Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu proses uğurla həyata keçirilsə, müəllimlərin attestasiyasının həyata keçirilməsinə yardımçı ola bilər: 

“Bütün dünyada müəllimlərin fənni necə tədris etməsi, sinifdəki davranışı, bilik və bacarığı həmçinin valideynlərlə apardığı iş izlənilir. Bu da birbaşa təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Sınaq qiymətləndirməsinin metodika hissəsi kurikulumun tətbiqi, müasir təhsil texnologiyaları işləmək bacarığı şagirdlərin qiymətləndirilməsi kimi məsələləri əhatə edir. Hazırda bizim bir sıra müəllimlərin bu texnologiyalarla işləmək bacarığı yoxdur. 

Kommunakativ bölüm isə müəllimlərin şagirdlərlə necə ünsiyyət qurmasını özündə ehtiva edir. Bütün dünyada bu proses şagirdlərin nailiyyətlər əldə etməsinə, daha uğurlu təhsil almasına gətirib çıxarır. Sınaq qiymətləndirməsi bütövlükdə yaxşı haldır. Bu, orta məktəb müəllimlərinin xeyrinədir”.