“Bu, müharibənin qarşısını ala bilərdi”

bu-muharibenin-qarsisini-ala-bilerdi
Oxunma sayı: 4652

“Biz deyə bilərdik ki, Qarabağın Azərbaycandan ayrı qalması fikrindən imtina edirik. Əlbəttə ki bu, müharibədən qaça biləcəyimizə zəmanət verməzdi, amma hərbi əməliyyatların başlamaması üçün nəzəri olaraq imkan olardı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.

“Danışıqlar prosesində bir neçə fikir ayrılığı var idi ki, onlar bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün səbəb ola bilərdi. Bu, Laçın dəhlizinin fəaliyyəti, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir”, - hökumət başçısı əlavə edib.