“Bu mühüm proses gözlənilən idi” - - Novruz Məmmədov

bu-muhum-proses-gozlenilen-idi-
Oxunma sayı: 1042



“Qafqazinfo” Newtimes.az portalına istinadla xəbər verir ki, şöbə müdiri müsahibəsində son bir ildə Azərbaycan ilə İran arasında münasibətlərin öz inkişafının yeni mərhələsinə daxil olduğunu vurğulayaraq deyib: “Bu mühüm proses gözlənilən idi, çünki iki ölkə xalqlarının mənafeyi əlaqələrin daha da genişləndirilməsini tələb edir”.

Prezident Administrasiyası rəhbərinin müavini Azərbaycan ilə İran arasında müştərək tarixi, mədəni, dini və mənəvi xüsusiyyətlərin mövcudluğundan bəhs edərək bildirib: “Son bir ildə iki ölkə prezidentlərinin bir neçə görüşü nəticəsində tərəflər arasında əlaqələrin genişləndiyini müşahidə edirik. Hər iki ölkənin dövlət başçılarının münasibətləri dərinləşdirmək üçün əzm və iradəsi bütün sahələrə müsbət təsir göstərib və hazırda biz Azərbaycan və İran rəsmilərinin müntəzəm qarşılıqlı səfərlərinin şahidiyik. ”.

Prezident Administrasiyasının rəsmisi müsahibəsinin bir hissəsində İŞİD kimi terrorçu qruplaşmaların fəaliyyəti nəticəsində Orta Şərqdə yaranmış gərginlik və böhrandan bəhs edərək, bu cür hallara qarşı təsirli mübarizə üçün region dövlətlərinin vahid mövqedən çıxış etməsinin səmərəli olacağını bildirib və əlavə edib ki, Azərbaycan ilə İran bu sahədə də əməkdaşlıq edir.