“Qafqazinfo” xəbər verir ki, bu sözləri dünən İsveçrənin Sürix şəhərində 3-cü dəfə “Qızıl top”u qazanan Portuqaliya millisinin və Madrid “Real”ının ulduz hücumçusu Kriştianu Ronaldo deyib.
O, mükafatlandırılma mərasimindən sonra fikirlərini bildirib: “Hər zaman tarixdə qalacaq biri olmaq üçün çalışmışam. İnanıram ki, bu istəyimə nail olacağam. Bu mükafat möhtəşəmdir. Bir daha hər kəsə təşəkkür edirəm”
Qeyd edək ki, Ronaldo ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) "Qızıl top"u qazanıb.
Son xəbərlər
Son Xəbərlər