Dünyaca nüfuzlu “YouTube” video platforması müğənni Üzeyir Mehdizadəni mükafatlandırıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən sosial şəbəkədə bir milyon abunəçisi olan Üzeyirə “Qızıl düymə” (Gold Button) təqdim olunub.
İfaçı instaqram səhifəsində mükafatın görüntülərini paylaşaraq “Uğurlarımıza sevinən hər kəsi təbrik edirəm və təşəkkür edirəm. Azərbaycana ilk dəfə “YouTube”dan “Qızıl düymə” gəldi. Uğurlarımızın davamı gəlsin”,- deyə qeyd edib.
Qeyd edək ki, Ü. Mehdizadənin “Yaxşı olar” klipi 110 milyon baxış toplayaraq rekorda imza atıb.
Son xəbərlər
Son Xəbərlər