“Qafqazinfo” EuroAsianet-ə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı İmaməli Rəhman çıxışında bildirib. Tacikistan Ədliyyə Nazirliyinin açıqlamasında bu qanun layihəsinin bütün xarici adlara aid ediləcəyi bildirilib.
Bu qanun layihəsi 98 faizi müsəlmanlardan ibarət olan Pakistanda böyük müzakirələrə səbəb olub. Ölkənin ruhani liderləri həmin qanuna qarşı çıxıblar, İslam dinində böyük xidmətləri olan şəxslərin adlarına qadağanı absurd adlandırıblar.
Qeyd edək ki, bundan əvvəl Tacikistanda 18 yaşı tamam olmamış şəxslərin məscidə getməsi, qadınların örpəkdən istifadə etməsi və kişilərin saqqal saxlaması qadağan olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər