“Qafqazinfo” xəbər verir ki, bunu SİA-ya müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O, bildirib ki, radikal müxalifətin, xüsusilə onun bu gün çox açıq mübarizə müstəvisinə keçmiş münasibətləri hər zaman mövcud idi: “Bu, Azərbaycan vətəndaşları üçün də sirri deyildi. Ona görə də bu günə qədər həmin insanların və onların cəmləşdiyi bu qurumların bir-birinin ardınca iflasa uğraması heç kəsdə təəccüb doğurmayıb, əksinə hamı bunu qanunauyğun bir nəticə kimi qəbul edirdi. Düşünürəm ki, Azərbaycan vətəndaşları haqlı olaraq ölkəmizin inkişaf yoluna inanırlar”.