“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bildirib ki, bu məsələni keçən il də qaldırıb: “Ötən il həmin məqsədlə ayrılan vəsaitin 40 faizi icra olunmuşdu. Yüksək rəqabətə davamlı, ixtisaslı kadrların hazırlanması üçün Azərbaycan gənclərinin nüfuzlu ali təhsil müəssisələrində oxumasına ehtiyac var. Amma Təhsil naziri deyib ki, indiyə kimi 2612 nəfər göndərilib. Halbu ki, proqram çərçkivəsində 5 min nəfərin xaricdə oxumağa göndəriləcəyi nəzərdə tutulmuşdu. Bu, nəzərdə tutulan rəqəmdən 50 faiz azdır. Bu, narahatedici məqamdır”.
Millət vəkili həmçinin nəzərdə tutulan ixtisaslarda məhduiyyətlər olduğunu deyib: “Bizim keyfiyyətli hüquqşünaslara da ehtiyacımız var. Xarici dillərin öyrənilməsinə aid xüsusi dövlət proqramına ehtiyac var. Əsasən Bakı və digər iri şəhərlərdən olan şagirdlər xaricdə oxuya bilir. Çünki Azərbaycanda ingilis-Azərbaycan dilində normal elektron lüğət yoxdur”.
Son xəbərlər
Son Xəbərlər