Bu gün “Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə KİV nümayəndələri, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları mətbuat xidmətlərinin iştirakı ilə tədbir keçirilib.
"Qafqazinfo" Azadinform-a istinadən xəbər verir ki, tədbirdə informasiya əldə etmək hüququ ilə bağlı KİV nümayəndələri və vətəndaşların informasiya sorğusunun cavablandırılmasında mövcud olan problemlər müzakirə olunub, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları saytlarında aparılan monitorinqin nəticələri elan edilib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azadinform İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev 31 Mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında 16 qurumun ƏLA xidmət göstərdiklərini bildirib: “Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar. Bu sırada Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, “ASAN Xidmət”, Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC və "Azərenerji" ASC-ni göstərmək olar”.
N.Niftiyev internet saytları aktiv, sosial şəbəkə hesabları az yenilənən, mətbuat xidməti rəhbərlərinin görülən işləri YAXŞI təqdim edən 14 qurumun da monitorinqə daxil edildiyini bildirib: “Bu sırada Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsi yer alır”.

Son xəbərlər
Son Xəbərlər