Bu nömrəyə zəng vurmayın…

bu-nomreye-zeng-vurmayin
Oxunma sayı: 2816


“Qafqazinfo”ya müraciət edən oxucular bildirib ki, telefon alqı-satqısı ilə məşğul olan sayt istifadəçilərdən kontur “dilənir”. Belə ki, h2h.az saytında telefon elanını görən izləyicilər həmin nömrə ilə əlaqə saxlayanda maraqlı hadisə ilə üzləşiblər:

“Nömrəylə əlaqə saxladıq. Telefonu götürən şəxs evdə tək olduğunu, açarının olmadığını və konturunun bitdiyini bildirdi. Daha sonra evdəkilərlə əlaqə saxlaması üçün ona kontur göndərməyimizi xahiş etdi. Yenidən bizimlə əlaqə saxlayıb konturun evdəkilərlə danışığa çatmadığını söylədi. İkinci dəfə ona kontur göndərdik. Telefona baxmaq üçün görüşməyi təklif edəndə isə, bizə naməlum bir adres verdi. Bunları bildirməkdə məqsədimiz odur ki, hamı xəbərdar olsun və heç kim bu tələyə düşməsin”.