“Bu normallaşma Ermənistanın da xeyrinədir”

bu-normallasma-ermenistanin-da-xeyrinedir
Oxunma sayı: 792

"Açılış nitqimdə də qeyd etdiyim kimi, Ermənistanı törətdiyi təxribatlardan ək çəkməsi ilə bağlı bir daha xəbərdar edirik".

“Qafqazinfo” xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bölgədə sabitlik və sülh üçün Türkiyə və Azərbaycan səmimidir. Bu normallaşma Ermənistanın da xeyrinədir. Sadəcə xoş sözlərlə olmaz, konkret addımlar atmalı və anlaşmaları həyata keçirməliyik. Türkiyə hər zaman Can Azərbaycanın yanındadır. Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Azərbaycan xüsusilə Türkiyənin olmadığı platformalarda hər zaman Türkiyənin haqlarını ən az bizim qədər müdafiə edir.

Həqiqətən çətin dövrdən keçdik, sözün əsl mənasında alovdan köynək geyindik. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycan tarix kitablarında yer alacaq çox vacib uğurlara imza atdı", - deyə Türkiyə XİN rəhbəri bildirib.