Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar növbəti dezinformasiyadır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə MN-dan bildirilib.