Bu ölkə 6 ildən sonra İrana səfir təyin etdi

bu-olke-6-ilden-sonra-irana-sefir-teyin-etdi
Oxunma sayı: 2594

Küveyt altı ildən sonra İrana səfir təyin edib.

Bu barədə “Qafqazinfo” “Voice of America”ya istinadən xəbər verir.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avqustun 13-də Küveyt səfiri Badr Abdullah al-Munikhin etimadnaməsini qəbul edib.

Qeyd edək ki, Ər-Riyad Tehranla əlaqələri 2016-cı ilin yanvarında qırıb. Buna səbəb iranlı etirazçıların Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə daxil olmaq cəhdindən sonra olub. Etiraza səbəb isə Səudiyyə Ərəbistanının şiə din xadimini edam etməsi olub.