Bu ölkə də “Bayraktar” almaq istəyir

bu-olke-de-bayraktar-almaq-isteyir
Oxunma sayı: 2838

Efiopiya və Mərakeş Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarını almaq üçün müraciət edib.

“Qafqazinfo” bu barədə “Reuters”ə istinadən xəbər verir.

Adının açıqlanmasını istəməyən diplomatlardan biri agentliyə məlumat verib ki, Mərakeş PUA sifarişinin ilk hissəsini may ayında təslim alıb. Efiopiyanın müraciətinin nəticəsi isə hələlik bəlli deyil.

Məsələ ilə bağlı tərəflər rəsmi açıqlama verməyiblər.