Bu ölkə də qapalı məkanlarda maskanı çıxarır

bu-olke-de-qapali-mekanlarda-maskani-cixarir
Oxunma sayı: 2467

Niderlandda koronavirus tədbirlərinin yumşaldılması çərçivəsində qapalı məkanlarda maska taxmaq məcburiyyəti bu gündən ləğv edilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, evlərdə qonaq qəbul etmə və çöldə bir araya gəlmə sayındakı məhdudiyyət də ləğv olunub.

Sosial məsafənin qorunmasının çətin olduğu ictimai nəqliyyat, hava limanı, təyyarə və orta məktəblərdə maska taxılmasına davam ediləcək.

Kafe, restoran və yeməkxanalar məsafə və gigiyena tələblərinə riayət etməklə pandemiyadan öncəki açılış və qapanış saatlarını tətbiq edə biləcəklər.