Bu ölkə də sərhədlərini açır

Bu ölkə də sərhədlərini açır
Oxunma sayı: 2955

Tunis hökuməti iyunun 27-də ölkə sərhədlərini açmaq niyyətindədir. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu qərar bazar ertəsi Baş Nazir Elias Fəhfahın sədrliyi ilə Koronavirusa Qarşı Mübarizə üzrə Milli Komissiyanın iclasının nəticələrinə əsasən qəbul edilib.

“Sosial-iqtisadi vəziyyət və sanitar şəraitin müzakirəsindən sonra komissiya iyun ayının 27-dən etibarən ölkənin dəniz, hava və quru sərhədlərini açmaq qərarını verdi”, - məlumatda qeyd edilir.

Komissiya, həmçinin ölkə daxilində əhalinin əyalətlər arasında hərəkət məhdudiyyətinin iyunun 4-dən etibarən aradan qaldırılması barədə qərar qəbul edib.

Tunis Səhiyyə Nazirliyinin ən son məlumatlarına əsasən, ölkədə 1 084 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 48-i vəfat edib, 964-ü sağalıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi