Bu ölkə “Eurovision”da 5 il iştirak edə biləcək

bu-olke-eurovisionda-5-il-istirak-ede-bilecek
Oxunma sayı: 1094

Avstraliya 2023-cü ilə qədər “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək. “Qafqazinfo” xəbər verir ki, ölkənin ictimai kanalı SBS ilə Avropa Yayım Birliyi arasında müqavilə imzalanıb. 

Qeyd olunub ki, Avstraliyanın 5 il beynəlxalq layihədə iştirakına icazə verilib. 

Xatırladaq ki, Avstraliya “Eurovision”da ilk dəfə qonaq kimi 2016-ci ildə çıxış edib.  Dami Im adlı müğənni  “Sound Of Silence” mahnısı ilə finala vəsiqə qazanıb.  
  
Bu il isə müsabiqədə ölkəsini Kate Miller-Heidke təmsil edəcək