Bu ölkə “Eurovision”dan qovuldu - 16 milyon borca görə

bu-olke-eurovisiondan-qovuldu
Oxunma sayı: 3208

Rumıniya “Eurovision-2016” mahnı müsabiqəsindən kənarlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, buna səbəb TVR1 ictimai televiziya kanalının Avropa Yayım Birliyinə 16 milyon borcu olmasıdır. Təşkilatçılar ölkəyə aprelin 20-nə qədər borcun ödənilməsi üçün vaxt vermişdi. Lakin TVR1 sözügedən məbləği ödəyə bilməyib.

Nəticədə "European Broadcasting Union” şirkəti Rumıniyanın TVR1 ictimai televiziya kanalını müsabiqəyə üzvlükdən çıxarıb.