Rumıniya rəsmi yayım qurumu (TVR) Avropa Yayım Birliyinə (EBU) 10 milyon dəyərində olan borcunu ödəmir.
“Qafqazinfo” xəbər verir ki, əgər TVR sözügedən borcu ödəməsə, Rumıniya “Eurovision - 2016” mahnı müsabiqəsindən xaric ediləcək.
Mövzuyla əlaqəli TVR açıqlama yayıb. Rəsmi yayım qurumu yaxın zamanda borcunu ödəcəyini bildirib:
“EBU Rumıniya hökümətindən, parlament və Maliyyə Nazirliyindən cavab gözləyir. Artıq bir neçə dəfə danışıqlar baş tutub. Bu problemin tezliklə həll ediləcəyinə inanırıq”.
“Eurovision” mahnı yarışmasında Rumıniyanı təmsil edən Ovidiu Anton da məsələyə münasibət bildirib:
“Bir sənətçi bu kimi problemlərin içərisində boğulmamalıdır. TVR-nin vəziyyəti ciddi olsa da, yayıncı təşkilat hökumətdən kömək alıb, bu problemlərə son qoyulacaq”.
Son xəbərlər
Son Xəbərlər