Bu ölkə kiberordu qurur

bu-olke-kiberordu-qurur
Oxunma sayı: 2540

Ukraynada yaxın zamanda milli kiber qüvvələrin qurulmasına dair bir sənəd imzalanacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Ukraina” televiziyasına açıqlamasında deyib.

O bildirib ki, sözügedən sənəd Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən imzalanacaq:

“Kiberqüvvələrin qurulmasına dair qərar müvafiq iclasda olan 21 üzvün hamısı tərəfindən qəbul edildi. Yaxında prezidentin bununla bağlı qərar imzalayacağını düşünürəm”.