Bu ölkə koronavirusa qalib gəldi

bu-olke-koronavirusa-qalib-geldi
Oxunma sayı: 4873

İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda deyilir. Bildirilir ki, xəstəliyə yoluxanlardan 97%-i artıq sağalıb.

“Covid-19 testi pozitiv nəticə vermiş 1799 nəfərdən 1750-si sağalıb. Təəssüf ki, xəstəlik 10 nəfərin həyatına son qoydu”, - deyə hökumətin bəyanatında deyilir.

Hazırda İslandiyada 39 yoluxma faktı var. Onlardan 3-ü xəstəxanadadır, ancaq həyati təhlükələri yoxdur.

Qeyd edək ki, İslandiya bazar ertəsindən etibarən martın 16-dan tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.