Bu ölkə Livandakı vətəndaşlarına çağırış etdi

bu-olke-livandaki-vetendaslarina-cagiris-etdi
Oxunma sayı: 1990

Norveç öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq bəyanat Norveç Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Departament qeyd edib ki, tövsiyə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlıdır.

“Təhlükəsizlik vəziyyəti pisləşərsə, ölkəni tərk etmək olduqca çətinləşə bilər. Bu vəziyyətdə Norveç hakimiyyətinin Livandakı vətəndaşlara yardım göstərmək imkanları məhdudlaşdırılacaq”, - deyə departament izah edib.