Bu ölkə meymunçiçəyinə yoluxmaların sayına görə Avropada liderdir

bu-olke-meymunciceyine-yoluxmalarin-sayina-gore-avropada-liderdir
Oxunma sayı: 1325

Xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə Avropa Mərkəzinin (ECDC) məlumatına görə, avqustun 16-na olan vəziyyətə görə Avropada meymunçiçəyi virusuna 19.429 yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya 5.719 yoluxma ilə meymunçiçəyinə yoluxmaların sayına görə Avropada liderdir. Onlardan təqribən 505 nəfərinin xəstəxanaya yatırılmağa ehtiyacı olub. Üç nəfər intensiv müalicə şöbəsinə yerləşdirilib, iki nəfər vəfat edib.

Sonrakı yerləri Almaniya (3.187), Böyük Britaniya (3.055), Fransa (2.673), Niderland (1.029), Portuqaliya (770), İtaliya (662), Belçika (546), İsveçrə (387), Avstriya (210), İsrail (189), Danimarka (154), İsveç (130), İrlandiya (113), Polşa (104), Norveç (74), Macarıstan (62), Yunanıstan (49), Sloveniya (43), Lüksemburq (43), Çexiya (36), Rumıniya (32), Malta (30), Serbiya (23), Finlandiya (22), Xorvatiya (17), İslandiya (12), Slovakiya (10), Estoniya (9), Cəbəllütariq (6), Litva (5), Bolqarıstan (4), Andorra (4), Latviya (4), Bosniya və Herseqovina (3), Kipr (3), Monako (3), Qrenlandiya (2), Gürcüstan (1), Rusiya (1), Türkiyə (1), Monteneqro (1) və Moldova (1) tutur.

ECDC-nin məlumatına görə, Avropada meymunçiçəyinə yoluxma hallarının əksəriyyəti 31-40 yaş arası şəxslərin payına düşür.