Bu ölkə Putinin Şimali Koreyaya səfərindən narahatdır

bu-olke-putinin-simali-koreyaya-seferinden-narahatdir
Oxunma sayı: 3504

Yaponiya Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın inkişafından narahatdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, bu məsələ ilə bağlı Tokionun mövqeyini Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin baş direktoru Masaşi Nakaqome Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Asiya Departamentinin direktoru Lyudmila Vorobyova ilə danışıqlar zamanı səsləndirib.

Söhbət zamanı o, Rusiya lideri Vladimir Putinin KXDR-ə səfərini xatırladıb və bunun narahatlıq doğurduğunu qeyd edib.