Belarus Müdafiə Nazirliyi ölkədəki raket qüvvələrinin müharibəyə hazır olub-olmadığını yoxlamaq üçün təcili yoxlamalara başladığını elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, yoxlamalar çərçivəsində 100 hərbi maşın və 500-dən çox hərbçi yoxlamadan keçiriləcək:
“Yoxlama çərçivəsində hərbi kontingentlə yanaşı, “Toçka-U” ballistik raket sistemlərinin, “Polonez”, “Smerç”, “Uragan” sistemlərinin hərbi birlikləri nəzərdən keçiriləcək”.
Əlavə edilib ki, yoxlamaların sonunda raket atış təlimləri keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər